Hemilton Bakıda karyerasının ən ağır yarışını keçirib

14 İyun, 16:32 Sosial mediada paylaşın:
Ötən həftə Bakıda keçirilən Azərbaycan Qran-prisində 4-cü yeri tutan 7 qat dünya çempionu Lüis Hemilton yarışdan sonra özünü yaxşı hiss etmədiyini söyləyib.
Belində ağrılardan əziyyət çəkən “Mersedes” pilotunun hətta Kanada Qran-prisindən kənarda qala biləcəyi ilə bağlı söhbətlər də yayılıb. Amma mətbuata açıqlama verən böyük britaniyalı çətinliyin geridə qaldığını bildirib: SİTAT “Çox sevinirəm ki, hər şey artıq geridə qalıb. Bu mənim karyeram ərzində iştirak etdiyim ən ağır yarış oldu. Bundan daha ağırını keçirməmişəm. Yarışın gedişində onu tamamlayacağımı gözləmirdim. Hətta bir neçə dəfə nəzarəti itirə də bilərdim. Saatda 290 km sürətlə irəliləyən bolid kənardakı səddə də çırpıla bilərdi. Amma son 10 dövrədə özümə “sən bunu bacaracaqsan” deyib yarışı bitirməyi bacardım. Heç vaxt başıma belə hadisə gəlməyib. Hazırda özümü yaxşı hiss edirəm. Kanada Qran-prisində iştirak etməyə hazıram!”
Xatırladaq ki, Azərbaycan Qran-prisində “Red Bull” pilotu Maks Ferstappen qalib gəlib. Onun komanda yoldaşı Serxio Peres ikinci, Hemiltonun komanda yoldaşı Corc Rassell isə 3-cü yeri tutub.

CANLI YAYIM