Raman Saley dünya çempionatında gümüş medal qazandı

13 İyun, 16:30 Sosial mediada paylaşın:
Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatında uğurla çıxış edib.
İdmançımız mötəbər yarışda gümüş medal qazanıb. Saley 100 metrəyə arxasıüstə üzmə növündə 1 dəqiqə 0.71 saniyə nəticə göstərib.  Qeyd edək ki, Raman Saley Tokio 2020 Yay Paralimpiya Oyunlarının 3 qat qalibidir.

CANLI YAYIM