Şarl Lekler Azərbaycan Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

12 İyun, 09:00 Sosial mediada paylaşın:
"Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci günə yekun vurulub.
"Formula 2"də "ART Grand Prix" komandasından Frederik Vesti sprint yarışında bütün rəqiblərini qabaqlayıb.
"Formula 1"də "Red Bull"dan Serxio Peres üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib. "Ferrari"dən Şarl Lekler isə sıralama turunun qalibi olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.

CANLI YAYIM