Usiklə Coşua arasında təkrar döyüşün tarixi məlum olub

9 İyun, 17:55 Sosial mediada paylaşın:
Superağır çəkidə WBA Super, WBO, İBF və İBO versiyası üzrə dünya çempionu olan Aleksandr Usikin Entoni Coşuaya qarşı keçirəcəyi təkrar döyüşün tarixi məlum olub.
35 yaşlı ukraynalı boksçu böyük britaniyalı əlcək ustası ilə avqustun 20-də qarşılaşacaq. Bir müddət əvvəl bu boksçuların Səudiyyə Ərəbistanında qarşılaşacağı da müəyyənləşmişdi. Qeyd edək ki, Usiklə Coşua arasında ilk görüş ötən ilin sentyabrın 25-də Böyük Britaniyada keçirilmişdi. Həmin döyüşdə ukraynalı əlcək ustası hakimlərin ümumi rəyi ilə qalib gələrək Coşuanın kəmərlərinə sahib çıxmışdı. Xatırladaq ki, bu günə qədər Usik peşəkar karyerasında keçirdiyi 19 görüşün hamısında qalib gəlib və bu döyüşlərin 13-də rəqiblərini nokauta salıb. Entoni Çoşua isə qalib gəldiyi 26 döyüşün 24-də rəqiblərini nokautla üstələyibsə, 2 dəfə rinqi məğlubiyyətlə tərk edib.

CANLI YAYIM