"Boston Seltiks" final seriyasında önə keçdi

9 İyun, 16:53 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasının final seriyası davam edir.
Həlledici mərhələdə “Boston Seltiks” və “Qolden Steyt Vorriors” komandaları mübarizə aparır. 3-cü qarşılaşmada azarkeşlər maraqlı mübarizə izləyiblər. İlk dəqiqələrdən “Boston” basketbolçuları irəli keçməyə müvəffəq olublar - 33:22. Təşəbbüsü əldən verməyən meydan sahibləri fasiləyə 12 xallıq üstünlüklə yollanıblar - 68:56. Növbəti periodda da rəqibinin irəli keçməsinə mane olan Boston təmsilçisi yekunda 116:100 hesabı ilə qalib gəlib. Məğlubiyyətə baxmayaraq görüşün ən məhsuldar basketbolçusu “Qolden Steyt Vorriors”un heyətindən Stefen Karri olub. O, 31 xal, 4 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bu nəticə ilə seriya hesabında irəli keçən “Boston Seltiks” fəxri mükafata bir addım da yaxınlaşıb - 2:1.

CANLI YAYIM