Şahmatçılarımız 8-ci turda mübarizəyə başlayır

9 İyun, 11:00 Sosial mediada paylaşın:
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti görüşlərini keçirəcəklər.
Məmmədyarıv 8-ci turda hindistanlı Vişvanatan Anand ilə üz-üzə gələcək. 37 yaşlı qrossmeysterimiz sabiq dünya çempionuna qarşı qara fiqurlarla mübarizə aparacaq. Rəcəbov isə ağ fiqurlarla çinli Van Hao ilə üz-üzə gələcək. Hazırda Şəhriyar Məmmədyarov 11 xal yarımla turnir cədvəlində 3-cüdür. 5 xalı olan Teymur Rəcəbov isə sonuncudur. Yarış cədvəlinə 13 xal yarımla norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. Qeyd edək ki, “Norvey Çess” turniri iyunun 10-da başa çatacaq.

CANLI YAYIM