Bakıda atıcılıq üzrə dünya kuboku davam edir

6 İyun, 13:10 Sosial mediada paylaşın:
Atıcılıq üzrə Dünya Kubokunda 25 metr məsafəyə tapançadan cəld atəşaçma üzrə qarışıq komanda yarışı keçirilub.
Bu növdə qızıl medalı Koreya komandası qazanıb.Yarışın həm gümüş, həm də bürünc medalına isə Ukrayna komandaları sahiblənib. Ukrayna hələlik 8 medalla Kubokda medal sayı ən çox olan ölkədir. Stend atıcılığının dairəvi növü üzrə qadınlar arasında qızıl medal uğrunda komanda yarışında Almaniya komandası qalib gəlib. Gümüş medalı isə Amerika Birləşmiş Ştatlarının qadınları əldə edib. ABŞ-ın kişi komandası eyni növdə yarışın qızıl medalına yiyələnib.
Qeyd edək ki, İdman TV ilə canlı yayımlanan atıcılıq üzrə dünya kubokuna bu gün yekun vurulacaq.

CANLI YAYIM