"Rolan Qarros"da qadınlar arasında finalçılar müəyyənləşib

3 İyun, 16:44 Sosial mediada paylaşın:
WTA seriyalı  “Rolan Qarros”  turnirində yarımfinal mərhələsinə yekun vurulub. Reytinq cədvəlinin 1 nömrəsi İqa Şvyontek rusiyalı Darya Kasatkina ilə üz-üzə gəlib. Polşalı tennisçi rəqibinin müqavimətini qırmaqda çətinlik çəkməyib. İqa Şvyontek ilk hissədə 6-2, ikinci setdə isə 6-1 hesabilə üstün olub.
Yarımfinalın digər görüşü amerikalı Kori Qaufla italiyalı Martina Trevizan arasında keçirilib. 1 saat 26 dəqiqə davam edən oyun amerikalı raketka ustasının inamlı qələbəsi ilə yekunlaşıb. 6-3 və 6-1 Beləliklə Kori Qauf həlledici oyunda İqa Şvyonteklə qarşılaşacaq. Bu görüş iyunun 4-də keçiriləcək. Qalib gələcək tennisçi fəxri mükafatla yanaşı, 2 milyon 200 min avroya da sahib çıxacaq.

CANLI YAYIM