Formula 1-lə FİA arasında gərginlik artır

31 May, 17:00 Sosial mediada paylaşın:
Formula 1 rəhbərliyi ilə Beynəlxalq Avtoidman Federasiyası arasında gərginlik artır.
Böyük Britaniya mətbuatının məlumatına görə, Formula 1-ə rəhbərlik edən “Liberty Media” şirkəti FİA-nın fəaliyyətindən narazıdır.  Monako Qran-prisinin startının yubanması ilə bağlı mübahisə tərəflər arasında narazılığı daha da artırıb. Beynəlxalq Avtoidman Federasiyasının startdakı vəziyyətlə bağlı çıxartdığı qərar Formula 1 rəhbərliyini qane etməyib. Maraqlıdır ki, ötən mövsüm Əbu-Dabidə keçirilən son yarışda qeydə alınan mübahisəli məqamlarla bağlı FİA-nın çıxartdığı qərar da “Liberty Media”nı qane etməyib. Elə Rusiya Qran-prisinin ləğv edilməsi ilə bağlı qərarın gec qəbul edilməsi də Formula 1 rəhbərliyini hiddətləndirib. Bununla yanaşı, pilotların hələ də zinət əşyalarından istifadə etməsi yarışın təşkilatçısını narahat edir. Amma Beynəlxalq Avtoidman Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem pilotlara zinət əşyalarından istifadə etməyə icazə verib. Bundan əlavə FİA sprint yarışlarının sayının 6-ya çıxarılmasını təkid edirsə, komandalar mövsümdə 3-dən artıq sürət yarışı keçirmək istəmir. Bütün bunların fonunda Formula 1 rəhbərliyi Beynəlxalq Avtoidman Federasiyasının yarışlara təsirini azaltmaq istəyir.

CANLI YAYIM