Norveçdə Stavanger yarışının startı verilib

31 May, 11:20 Sosial mediada paylaşın:
Norveçin Stavanger şəhərində “Norway Chess” yarışının startında şahmatçılar arasında blits turnir keçirilib.
Qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan əlavə dünya çempionu, norveçli Maqnus Karlsen, onun həmvətəni Aryan Tari, amerikalı Vesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye Laqrav, çinli Van Hao və bolqarıstanlı Veselin Topalov şahmatçıların Stavanger yarışında çıxış edir. Qrosmeysterlərin start nömrələrini müəyyənləşdirmək üçün təşkil olunan blits turnirdə Şəhriyar Məmmədyarov 5 xalla 5-ci sırada qərarlaşıb. Teymur Rəcəbov 3 xalla sonuncu – 10-cu yerİ tutub. 6 xal yarım toplayan Vesli So isə yarışı lider kimi tamamlayıb. Qeyd edək ki, Stavanger turnirində əsas mərhələyə bu gün start verilir.

CANLI YAYIM