"Boston Seltiks" yarımfinal seriyasında önə çıxdı

26 May, 15:09 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında pley-of həyəcanı davam edir.
Yarımfinal seriyasında 5-ci görüşündə “Mayami Hit” və “Boston Seltiks” qarşılaşıb. Böyük fasiləyə kimi meydan sahibləri üstünlük qazanıblar 42:37. 3-cü bölümdən başlayaraq isə “Boston” basketbolçuları vəziyyəti xeyirlərinə dəyişiblər. Qonaqlar sonuncu hissədə də inamlı təsir bağışlayaraq qələbəni təmin ediblər. “Mayami Hit” – “Boston Seltiks” 80:93. Ceylen Braun 25 xal, 4 ribaund, 1 məhsuldar ötürməylə uğurda böyük rol oynayıb. Bostonlular qələbə sayəsində seriyada önə çıxıblar 3:2. Komandalar arasında həlledici ola biləcək 6-cı matç mayın 28-i Bostonda olacaq.

CANLI YAYIM