Qadın şahmatçıların ölkə çempionatı başa çatdı

24 May, 11:30 Sosial mediada paylaşın:
Qadın şahmatçıların ölkə çempioanatı başa çatıb.
 Turnirdə 8 zəka sahibi ən güclünü müəyyənləşdirib. Turnirin reytinq favoriti Gülnar Məmmədova olsa da, Gövhər Beydullayeva daha uğurla çıxış edərək ölkə çempionu adını qazanıb. O, sonuncu turda Xəyallə Abdullanı məğlub etməklə xalalrının sayını 5-ə çatdırıb. Bununla da  Gövhər ən yaxın izləyicisi Ləman Hacıyevanı yarım xal qabaqlayıb və karyerasında ilk dəfə çempionatın qızıl medalnı qazanıb.  Yeri gəlmişkən, turnirin sürpriz iştirakçısı olan Ləman sonuncu görüşdə Türkan Məmmədyarovanı məğlub edib. Nəticədə Hacıyeva 4 xal yarımla ilk dəfə ölkə çempionatında gümüş medala sahib çıxıb. Ülviyyə Fətəliyeva Xanım Balacayevaya qalib gələrək 3-cü yeri tutub. Ötən ilki yarışın qalibi olan Gülnar Məmmədova isə bu dəfə 4-cü yerlə kifayətlənib. Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirlib. Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət turnirin mükafat fondu 11 400 manat təşkil edib. Qalib 4 000 manat pul mükafatı əldə edib.

CANLI YAYIM