Şəhriyar Məmmədyarov 1/4 finalda mübarizəni dayandırıb

24 May, 11:15 Sosial mediada paylaşın:
Şahmatçıların “Çempionlar Turu”nun 4-cü mərhələsi “Çesebl Masters” yarışında 1/4 finalın görüşləri keçirilib.
Qrosmeysterimiz Şəhriyar Məmmədyarov bu mərhələdə Çin şahmatçısı Dinq Lirenlə qarşılaşıb. Məmmədyarov ilk 2 partiyada rəqibinə uduzsa da, 3-cü görüşdə uğur qazanıb. Ancaq təəssüf ki, 4-cü qarşılaşmada heç-heçə qeydə alındığından ümumi hesab Dinq Lirenin xeyrinə olub. Bu nəticəylə Şəhriyar Məmmədyarov mübarizəni 1/4 finalda dayandırıb. Qeyd edək ki, mayın 26-cı başa çatacaq yarışın ümumi mükafat fondu 150 min dollardır.

CANLI YAYIM