Ruslan Lunyov Qranada qran-prisində qalib gəlib

23 May, 15:09 Sosial mediada paylaşın:
Güllə atıclığı üzrə millimizin lider Ruslan Lunyov İspaniyanın Qranada şəhərində 2022-ci ilin ilk Qran Prisində uğurla çıxış edib. 
İdmançımız 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qızıl medal qazanıb.  Ruslan  26 ən güclü atıcı arasında fərqlənməyi bacarıb.  Qranada Qran Pri-si mayın 29-dək davam edəcək.  Qeyd eək ki,   Tüfəng, tapança və stend atıcılığı üzrə yarışlarda 37 ölkədən 250-dən çox idmançı medallar uğrunda mübarizə aparır.

CANLI YAYIM