Xokkey üzrə dünya çempionatında 4-cü turun oyunları başa çatıb

20 May, 17:17 Sosial mediada paylaşın:
Finlandiyada xokkey üzrə dünya çempionatının qrup mərhələsində 4-cü turun oyunları başa çatıb.  A qrupunun lideri olan Kanada millisi autsayderlərdən olan Qazaxıstan yığması ilə oyunda bir qədər çətinliklə üzləşib. İlk periodun gedişində asiyalılar iki dəfə hesabda önə keçib. Buna baxmayaraq Kanada xokekyçiləri  fasiləyə qədər hesabı xeyrinə dəyişə bilib. Sonları hissələrdə isə hazırkı dünya çempionları inamlı oyun nümayiş etdirib. Kanada – Qazaxıstan 6:3.
Qrupun digər oyununda isə Almaniya millisi Danimarka yığmasına minimal hesabla qalib gəlib. 4 turdan sonra Kanada və İsveçrə komandaları hərəyə 12 xalla A qrupuna başçılıq edir. 9 xal toplayan Almaniya millisi isə 3-cü sırada qərarlaşıb.
B qrupunda ardıcıl 2 məğlubiyyətlə pley-offa çıxmaq imkanını çətinə salan Çexiya millisi nəhayət ki, azarkeşlərini sevindirib. Artıq ilk periodda təşəbbüsü ələ alan çexlər 18 dəqiqə ərzində Latviya yığmasının qapısından 5 cavabsız şayba keçirib. Sonrakı dəqiqələr ərzində oyuna nəzarət edən şərqi avropalılar yalnız 3-cü periodun əvvəlində qapısında qol görüb: Çexiya – Latviya 5:1. Qrupun digər oyununda isə Amerika Birləşmiş Ştatları millisi Böyük Britaniya seçməsini 3:0 hesabı ilə məğlub edib. Bu qrupa 11 xalla İsveç millisi başçılıq edir. Finlandiya yığması 10 xalla 2-cidir. 

CANLI YAYIM