"Qəbələ" legioneri ilə razılıq əldə etdi

20 May, 12:49 Sosial mediada paylaşın:
Konfrans Liqasına vəsiqə qazanan «Qəbələ» daha bir aparıcı legioneri ilə razılığa gəlib. Müdafiəçi Ruan Renatodan sonra Rafael Utziqlə anlaşma əldə olunub. Son 2 mövsümdə qırmızı-qara formanı geyinən braziliyalı hücumçu gələn ilin yayınadək burada qalacaq. Cənubi amerikalı forvard 1 illik yeni müqavilənin şərtləri öncəkilərdən fərqlənir. Buna kimi hər ay 5000 dollar qazanan Utziq qarşıdakı sezonda daha yüksək əməkhaqqı alacaq.

CANLI YAYIM