Parataekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb

20 May, 11:25 Sosial mediada paylaşın:
İngiltərənin Mançester şəhərində təşkil olunan taekvondo üzrə Avropa çempionatı davam edir.
Taekvondoçularımızla yanaşı parataekvondoçularımız da artıq mübarizəyə start veriblər. Parataekvondo növündə ölkəmizi təmsil edən Sabir Zeynalov komandamıza ilk medalı qazandırıb. 58 kq-da çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb. Bu mərhələdə özbəkistanlı parataekvondoçuya qalib gələn Zeynalov yarımfinala adlayıb və bürünc medalı təmin edib. Finala gedən yolda onun rəqibi türkiyə təmsilçisi olub. Rəqibinə məğlub olan idmançımız turniri bürünc medalla başa vurub. Qeyd edək ki, 47 kq-da mübarizə aparan qadın parataekvondoçu Röyalə Fətəliyeva isə startda Türkiyə idmançısına uduzub.

CANLI YAYIM