Şəhriyar Məmmədyarov 4-cü mərhələdə mübarizəyə başladı

20 May, 11:15 Sosial mediada paylaşın:
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayıb.
37 yaşlı qrossmeyster "Chessable Masters" turnirinin ilk günündə 4 görüş keçirib. İlk 3 qarşılaşmada müvafiq olaraq, Erik Hansen, Maqnus Karlsen və Yorden van Forestlə heç-heçə edən Məmmədyarov sonuncu dueldə Abhimanyu Mişraya uduzub. Qeyd edək ki, turnirin mükafat fondu 210 000 dollarıdır. Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə Çempionlar Turunda hazırda 55,50 xalla 6-cı pillədə qərarlaşıb.

CANLI YAYIM