Finlandiyada xokkey üzrə dünya çempionatı davam edir

19 May, 17:30 Sosial mediada paylaşın:
Finlandiyada xokkey üzrə dünya çempionatında qrup mərhələsində 4-cü turun oyunları start götürüb. 
A qrupunun liderlərindən olan İsveçrə millisi növbəti dəfə azarkeşlərini qələbə ilə sevindirib. Hərçənd isveçrəlilər Slovakiya yığması ilə oyunda bir qədər çətinliklə üzləşib. İlk periodda tərəflər hərəyə bir dəfə fərqlənib. Fasilədən sonra İsveçrə yığmasının qoluna Slovakiya seçməsi növbəti dəfə cavab verib. Buna baxmayaraq, mərkəzi avropalılar yenə də hesabda önə keçib. Üçüncü periodda təşəbbüsü bir qədər də artıran İsveçrə millisi rəqibini 5:3 hesabı ilə məğlub edib. Qrupun autsayderlərinin oyununda isə Fransa komandası 2:1 hesabı iə İtaliya yığmasından üstün olub.
B qrupunun mərkəzi görüşündə isə Finlandiya ilə İsveç yığmaları qarşılaşıb. Pekin Olimpiadasının qalibi olan Finlandiya millisi görüşün favoriti olsa da, isveçlilər formada olan rəqibinə ciddi müqavimət göstərə bilib. İlk hissədə məhz İsveç komandası hesabı açıb. İkinci periodda təşəbbüsü ələ alan “Suomi” iki dəqiqə ərzində vəziyyəti xeyrinə dəyişə bilib. 3-cü hissənin əvvəlində hesabı bərabələşdirən skandinaviyalılar oyunu overtayma daşıya bilib. Burada daha dəqiq oynayan isveçlilər 3:2 hesablı qələbə qazanıb. Ötən gün gözlənilmədən Çexiya yığmasını məğlub edən Avstriya seçməsi isə bu dəfə Norveç millisi ilə bacarmayıb – 3:5.

CANLI YAYIM