Uimbldon turnirində tennisçilər reytinq xalından məhrum olacaq

19 May, 16:32 Sosial mediada paylaşın:
Bu mövsüm Uimbldon turnirində tennisçilər reytinq xalından məhrum ola bilər.
Artıq bu barədə WTA konkret addımlar atmağa hazırlaşır. Böyük Britaniya mətbuatının məlumatına görə, bu qurumun baş direktoru Stiv Saymon aparıcı qadın tennisçilərlə görüşdə onları çıxaracağı qərarla tanış edib. WTA bunu rusiyalı və belaruslu tennisçilərin yarışdan kənarlaşdırılması ilə əlaqələndirir. Məsələ ondadır ki, bu iki ölkənin tennisçiləri yarışa qatılmayacağı halda, digərlərinə xal vermək ədalətsizlikdir. Ona görə də tennisçilər bu turnirdə yalnız  titul və mükafat uğrunda mübarizə aparacaq. Yeri gəlmişkən, WTA belə bir qərar qəbul edəcəyi halda, ATP də buna qoşulacaq. Yəni kişi tennisçilər də Uimbldonda reytinq xalı əldə etmək imkanını itirəcək. Bu da o deməkdir Uimbldon turniri nümayiş xarakterli statusa malik olacaq. Qeyd edək ki, bu mövsüm Uimbldon turniri iyunun 27-dən iyulun 10-a qədər keçiriləcək. Ötən il bu yarışı kişilərdən Novak Cokoviç, qadınlardan isə Eşli Barti qazanmışdı. 

CANLI YAYIM