ATP seriyalı Cenevrə turnirində 1/8 final mərhələsinə yekun vurulub. Kanadalı Denis Şapovalov belaruslu İlya İvaşka ilə üz-üzə gəlib. Dünya tennisçilərinin reytinqində 15-ci olan kanadalı raketka ustası görüşün favoriti olsa da, o, özündən 35 pillə geri qalan rəqibini ilə bacarmayıb. Belarus təmsilçisi iilk seti 6:4 hesabı ilə xeyrinə başa vurub. Gərgin keçən İkinci hissə tay-breyk kimin uzanıb.. Burada daha uğurlu çıxış edən Denis Şapovalov ümumi hesabı bərabərləşdirib. Həlledici setdə isə yenidən toparlanan İlya İvaşka 6-3 hesablı qələbə sayəsində ¼ finala çıxıb. Onun bu mərhələdki rəqibi portuqaliyalı Joao Susa olacaq.
1/8 finalın digər görüşündə norveçli Kasper Rud fransalı Benua Per ilə qarşılaşıb. Bu oyunda isə favorit ehtimalları doğruldub. Skandinaviyalı raketka ustası hər iki setdə rəqibindən üstün olub. 6-3 və 6-1 Kasper Rud 1/4 finalda avstraliyalı Tanasi Kokkinakislə üz-üzə gələcək. Xatırladaq ki, ümumi mükafat fondu 534 min avro olan Cenevrə turnirinə mayın 21-i yekun vurulacaq.