"Giro D`İtalia"da 11-ci mərhələ yekunlaşıb

19 May, 13:16 Sosial mediada paylaşın:
“Giro d'Italia” veloyürüşünün 11-ci mərhələsində iştirakçılar 203 km məsafə qət ediblər.
Gərgin mübarizənin yekununda yerli idmançı finiş xəttini 1-ci keçib. Alberto Dayneze məsafəni 4 saat 19 dəqiqə 4 saniyə qət edib. Kolumbiyalı Fernando Qaviriya 2-ci, İtaliyanın digər velosipedçisi Simone Konsonne 3-cü yeri tutub. Bu mərhələyə kimi ümumi sıralamaya başçılıq edən Xuan Pedro Lopes finiş xəttini 62-ci sırada keçib. Amma bu ispaniyalı idmançının mövqeyinə təsir etməyib. 4-cü mərhələdən liderliyə yüksələn Xuan Pedro Lopes hələ də ümumi sıralamada 1-cidir. O, ən yaxın rəqibi ekvadorlu Riçard Karapası 12 saniyə qabaqlayır. Juau Almeyda ilk 3-lüyü tamamlayır. Portuqaliyalı velosipedçi də liderdən 12 saniyə geri qalır.

CANLI YAYIM