Region Liqası: “Araz Naxçıvan” klubuna texniki məğlubiyyət verilib

19 May, 10:40 Sosial mediada paylaşın:
Futbol üzrə Region Liqasının yarımfinalında “Xan Lənkəran”a qalib gələrək finala vəsiqə qazanan “Araz Naxçıvan” klubuna texniki məğlubiyyət verilib.
Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.
Qarşılaşma “Araz Naxçıvan”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Beləliklə, Region Liqasının finalında "Xan Lənkəran" və "Cəbrayıl" komandaları üz-üzə gələcəklər. Həlledici matç mayın 20-də Şamaxı şəhər stadionunda oynanılacaq.

CANLI YAYIM