"Boston Celtics" yarımfinal seriyasına uğursuz başladı

18 May, 16:09 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında yarımfinal seriyasına start verilib.
Bundan əvvəl 1/4 final seriyasında son çempion “Miluoki Baks”ı mübarizədən kənarlaşdıran “Boston Seltiks” yarımfinal mərhələsinin ilk qarşılaşmasında şərq konfransından pley-offa lider kimi yüksələn “Mayami Hit” ilə bacarmayıb. Hərçənd Boston basketbolçuları qarşılaşmaya daha fəal başlayıblar. İlk hissədə qonaqlar 3 xal fərqi ilə önə olublar. 28:25. “Seltiks” klubu sərfəli nəticəni fasiləyədək qoruyub. 62:54. 3-cü periodda hesabda önə keçən meydan sahibləri fərq yaradıblar. Qələbə hesabını sonadək qoruyan “Mayami Hit” yekunda 118:107 hesabı ilə qələbə qazanıblar. Qarşılaşmanın ən məhsuldar basketbolçusu isə “Mayami Hit”in üzvü Cimmi Batler olub. O, 41 xal, 9 ribaund və 5 assistlə yadda qalıb. Qeyd edək ki, Batler ardıcıl 4 oyundur Mayami klubunun ən yaxşısı seçilir.

CANLI YAYIM