"Liverpul" səfərdə qələbə qazanıb

18 May, 15:06 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasının 37-ci turunda çempionluğa iddialı “Liverpul” “Sauthempton” səfərində yerli komanda ilə üz-üzə gəlib.
Görüşdə “mersisaydlılar”ın daha üstün olacağı gözlənilsə də, bu belə olmayıb. “Sauthempton” futbolçuları 13-cü dəqiqədə hesabı açıblar. Natan Tellanın ötürməsindən sonra Neytan Redmond topu qapıdan keçirib. Qoldan sonra toparlanan Yurgen Klopun kollektivi ilk hissənin ortalarında bərabərliyi təmin ediblər. Takumi Minamino Liverpul təmsilçisini ümidləndirib. Fasilədən sonra da təşəbbüsü əldən verməyən qonaqlar qələbə qolunu vurmağa nail olublar. Joel Matip komandasına vacib 3 xalı qazandıracaq qolun müəllifi olub. “Sauthempton” – “Liverpul” 1:2. Xallarını 89-a çatdıran “Liverpul” sona 1 tur qalmış lider “Mançester Siti”dən 1 xal geridədir. İlk üçlüyü 70 xalla “Çelsi” tamamlayır.

CANLI YAYIM