Qadın şahmatçılar arasında Azərbaycan çempionatı start götürüb

18 May, 13:58 Sosial mediada paylaşın:
Qadın şahmatçılar arasında ölkə çempionatı başlanıb.
Yarışın açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Elnur Məmmədov yarış iştirakçılarına uğurlar arzulayıb. Çempionatının birinci turunda Gülnar Məmmədova Türkan Məmmədyarova, Gövhər Beydullayeva Ayan Allahverdiyeva, Ülviyyə Fətəliyeva Xəyalə Abdulla, Ləman Hacıyeva isə Xanım Balacayevaya qarşı mübarizə aparıb. Qeyd edək ki, turnirin ümumi mükafat fondu 11 min 400 manatdır.

CANLI YAYIM