PFL I Divizionun mükafatçılarına medalları təqdim edib

18 May, 11:00 Sosial mediada paylaşın:
Futbol üzrə Azərbaycan I Divizionunda 2021-2022-ci illər mövsümünün qalibləri mükafatlandırılıb.
24 turdan 55 xal toplayan Bakının “Qaradağ Lökbatan" klubu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandaya Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən çempionluq kuboku təqdim olunub. “Şamaxı” klubunun əvəzedicilərdən ibarət komandası turnirin gümüş mükafatını qazanıb. Ölkə çempionu “Qarabağ”ın ikinci kollektivi isə bürünc medala layiq görülüb. Çempionatın bombardiri isə “Qaradağ” Lökbatanın hücumçusu Sabir Allahquliyev seçilib. O, mövsüm ərzində 22 qolla yadda qalıb.

CANLI YAYIM