"Yuventus" "Latsio" ilə oyunda qələbəni əldən verib

17 May, 17:30 Sosial mediada paylaşın:
İtaliya A seriyasının 37-ci turunda “Sampdoriya” doğma arenada “Fiorentina” ilə üz-üzə gəlib. Meydan sahibləri fasiləyə kimi 2 qol vurublar. Hesabı Aleks Ferrari açıb. Ardınca 39 yaşlı Fabio Kualyarella bu mövsüm 4-cü dəfə rəqib qapısına yol tapıb. 2-ci hissədə Morten Torsbyu və Abdülhəmid Sabiri fərqlənib. qonaqların təsəlli qolunu Nikolas Qonsales vurub: “Sampdoriya” – “Fiorentina” 4:1.  37 tura 36 xal toplayan “Sampdoriya” turnir cədvəlində 15-ci pillədədir. Son 5 turun 4-də uduzan “Fiorentina” isə 59 xalla 7-cidir.
İtaliya kubokunun finalında “İnter”ə uduzan “Yuventus” A seriyasında doğma meydan da “Latsio” ilə qarşılaşmada azarkeşlərini sevindirə bilməyib. Hərçənd ki, Turin klubu fasiləyə kimi 2 dəfə rəqibi məyus edib. 10-cu dəqiqədə Duşan Vlahoviç Alvaro Moratanın ötürdüyü topu qapıdan keçirib. 36-cı dəqiqədə ispaniyalı forvard özü də rəqib qapısına yol tapıb. Fasilədn sonra hesab arasındalı fərq minimuma düşüb. Aleks Sandronun avtoqolu qonaqları ümidləndirib. Oyunun sonunda Sergey Milinkoviç-Saviç komandasını məğlubiyyətdən xilas edib 2:2. 37 tura 70 xal toplayan “Yuventus”un mövsümü 4-cü pillədə bitirəcəyi dəqiqdir. Turin klubundan 7 xal geri qalan “Latsio” isə 5-ci yerdədir.

CANLI YAYIM