"Arsenal" ardıcıl 2-ci oyunda uduzdu

17 May, 12:25 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasının 37-ci turunda Arsenal səfərdə Nyukaslın qonağı olub.
Bu tur “Tottenhem” qalib gəldiyindən, 4-cü pillədəki mövqeyini geri qaytarmaq üçün London klubu qələbə qazanmalı idi. Amma paytaxt təmsilçisi azarkeşlərini məyus edib. 2-ci hissənin əvvəlində “Arsenal”ın heyətində Ben Vayt avtoqol müəllifi olub. Görüşün sonunda isə Bruno Gimaraeş qarşılaşmada son nöqtəni qoyub: 2:0. Beləliklə 2 oyundan sonra qalib gələn “Nyukasl” 46 xalla 12-ci yerə yüksəlib. Ardıcıl 2-ci görüşündə uduzan “Arsenal” 66 xalla 5-ci pillədədir. Komanda son tur öncəsi “Tottenhem”dən 2 xal geri qalır. Son turda “Tottenhem” premyer liqanın autsayderi “Norviç”in qonağı olacaq. “Arsenal” isə Londonda “Everton”u qəbul edəcək.

CANLI YAYIM