Çexiyadakı futbolçumuz klubundan ayrılır

17 May, 12:00 Sosial mediada paylaşın:
Çexiyada oynayan azərbaycanlı futbolçu Fərid Nəbiyev klubundan ayrılır.
“Viktoriya Jijkov” klubunun üzvünün bu addımı komandanın 3-cü diviziona düşməsi ilə əlaqədardır. Futbolçu hələ ki, gələcək karyerası ilə bağlı konkret qərar verməyib. Yaxın günlərdə Bakıya qayıdacaq yarımmüdafiəçi meneceri ilə görüşdükdən sonra mümkün variantları nəzərdən keçirəcək. “Qəbələ”nin yetirməsi olan Fərid Nəbiyev 2016-cı ildən Çexiyada çıxış edir.

CANLI YAYIM