Azərbaycan gimnastları Portuqaliyada 2 medal qazanıb

17 May, 11:30 Sosial mediada paylaşın:
Azərbaycan gimnastları Portuqaliyanın Maya şəhərindəki akrobatika gimnastikası üzrə Dünya Kubokunda 2 bürünc medal qazanıb.
Yarışda ölkəni təmsil edən Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında 3-cü yeri tutublar. Analoji uğura Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlük də imza atıb.

CANLI YAYIM