"Neftçi"nin kapitanı "Qarabağ"la oyunu buraxacaq

16 May, 14:27 Sosial mediada paylaşın:
"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq.
Buna 30 yaşlı yarımmüdafiəçinin XXVII turda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları matçda sarı vərəqə görməsi səbəb olub. Mahmudov cari mövsüm 4-cü dəfə sarı vərəqə alıb. Qeyd edək ki, "Qarabağ" - "Neftçi" görüşü mayın 21-də "Azersun Arena"da keçiriləcək.

CANLI YAYIM