Bu gün xokkey üzrə dünya çempionatı start götürür

13 May, 17:21 Sosial mediada paylaşın:
Bu gün Finlandiyada xokkey üzrə 85-ci dünya çempionatı start götürür.
Helsinki və Tampere şəhərlərində keçiriləcək mundialda ənənəvi olaraq 16 komanda mübarizə aparacaq. A qrupunda Kanada, Almaniya, İsveçrə, Slovakiya, Danimarka, Qazaxıstan, Fransa və İtaliya, B qrupunda isə Finlandiya, ABŞ, Çexiya, İsveç, Latviya, Norveç, Böyük Britaniya və Avstriya yığmaları mübarizə aparacaq.  Öz qruplarında ilk 4 pilləni tutan komandalar isə ¼ finala vəsiqə qazanacaq. Yeri gəlmişkən, Beynəlxalq Xokkey Federasiyası Rusiya və Belarus millilərini bu çempionatdan kənarlaşdırıb. Onları Finlandiyada Avstriya və Fransa yığmaları əvəzləyəcək. Çempionatın favoritlərinə gəlincə, yenə də ənənəvi olaraq Kanada, Finlandiya, İsveç, Çexiya və ABŞ milliləri çempionluq uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, ötən il Latviyada keçirilən mundialın finalında Kanada yığması finalda Finlandiya millisini məğlub edərək tarixində 27 dəfə dünya çempionu olmuşdu. Bu göstəricidə rekord da elə Kanada millisinə məxsusdur. Finlandiya seçməsindən söz düşmüşkən, “Suomi” bu il Pekində keçirilən Olimpiadada tarixində ilk dəfə olimpiya çempionu olmaqla azarkeşlərinin qarşısına qalib komanda kimi çıxacaq.

CANLI YAYIM