"Qəbələ" legioneri ilə danışıqlara başladı

13 May, 16:17 Sosial mediada paylaşın:
"Qəbələ" futbolçusu Omar Hani ilə yeni müqavilə danışıqları aparır. 
Bu barədə klubun baş meneceri Nail Kərimov  məlumat verib. O, iordaniyalı yarımmüdafiəçini şərtlərin uyğun olacağı halda, komandada saxlamaq istədiklərini deyib. 2021-ci ilin avqustundan "Qəbələ"də çıxış edən Omarın müqaviləsi yayda başa çatır. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm 24 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

CANLI YAYIM