"Sumqayıt"ın futbolçusu "Sabah"a keçir

13 May, 14:04 Sosial mediada paylaşın:
Millinin yarımmüdafiəçisi Tellur Mütəllimovun gələn mövsümə hansı klubda başlayacağı dəqiqləşib.
Son 2 mövsümü “Sumqayıt”da keçirən cinah oyunçusu “Sabah”la müqavilə şərtlərini razılaşdırıb. “Kimyaçılar”ın yeni müqavilə təklifini bəyənməyən, “Səbail”lə apardığı danışıqları dayandıran vinger Masazır təmsilçisi ilə 2 illik anlaşıb. O, buarada aylıq 10-12 min manat civarında əməkhaqqı alacaq. Tellurun "Sumqayıt”da mavacibinin 8000 manat olmasını da xatırladaq.

CANLI YAYIM