Gələn il taekvondo üzrə dünya çempionatı Bakıda keçiriləcək

13 May, 11:20 Sosial mediada paylaşın:
2023-cü ildə taekvondo üzrə dünya çempionatı Bakıda keçiriləcək. 
Paytaxtımız ilk dəfə belə mötəbər yarışa ev sahibliyi edəcək. Bununla bağlı qərar Ümumdünya Taekvondo Federasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.  Mundialın dəqiq tarixi yaxın vaxtlarda təsdiqlənəcək. Azərbaycandakı dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının yaradılmasının 50-ci ildönümünə təsadüf edəcəyindən xüsusi əhəmiyyət daşıyacaq.

CANLI YAYIM