"Roma Masters" turnirində 1/16 final başa çatdı

12 May, 16:06 Sosial mediada paylaşın:
Kişi tennisçilərin ATP seriyalı Roma turnirində mübarizə davam edir. 1/16 finalda italiyalı tennisçilərin mübarizəsi maraq doğurub. Fabio Fonyini və Yannik Sinnerin görüşü gözlənildiyi kimi gərgin alınıb. Əvvəlcə Sinner üstünlük qazanıb 6:2. 2-ci bölümü Fonyini öndə başa vurub 6:3. Həlledici 3-cü setdə yenidən Sinner fərqlənərək uduzduğu hesabla qalib gəlib. Beləliklə o, 1/8 finala vəsiqəni təmin edib.
İspaniyalı Rafael Nadalla amerikalı Con İznerin görüşü də diqqət mərkəzində olub. Reytinq cədvəlində 4-cü sırada olan Nadal özündən 23 pillə geri qalan rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Qarşılaşmanın taleyinə 2 setdə aydınlıq gəlib. İspaniyalı raketka ustası hissələri 6:3 və 6:1 hesabları ilə xeyrinə bitirib. Nadal 1/8 finalda kanadalı Denis Şapovalovla üz-üzə gələcək. 

CANLI YAYIM