"Ayaks" 36-cı dəfə Niderland çempionu olub

12 May, 15:00 Sosial mediada paylaşın:
“Ayaks” Niderland çempionatının başa çatmasına 1 tur qalmış ölkə çempionu olub.
Amsterdam klubu 33-cü turda “Herenven”i böyük hesabla məğlubiyyətə uğradıb. Erik Ten Haqın komandası rəqib qapısından 5 cavabsız top keçirib. 1-ci hissədə Nikolas Talyafiko, Stiven Bergeys, və Sebastyen Alle rəqibi cəzalandırıb. Fasilədən sonra isə Brayan Brobbi və Edson Alvares diqqət mərkəzinə düşüb. 82 xalla lider olan “Ayaks” ilə 2-ci yerdəki PSV arasında 4 xallıq fərq olduğundan Amsterdam futbolçuları 1 tur qalmış çempionluğu təmin ediblər. Paytaxt klubu tarixində 36-cı dəfə Niderlandın ən güclüsü olub.

CANLI YAYIM