Kifayət Qasımova haqqında çəkilən filmin təqdimatı olub

12 May, 11:15 Sosial mediada paylaşın:
Bakı Gənclər Mərkəzində jurnalist Azər İsmayılın  müəllifi olduğu "After&Before" qısametrajlı filminin təqdimat mərasimi keçirilib. 
Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, idmançılar  və idman ictimaiyyəti nümayəndələri iştirak ediblər. Əvvəlcə filmin yaradıcı heyəti görülən işlərlə bağlı ətraflı məlumat verilib. Ardınca Gənclər və idman naziri Fərid Qayıbov gənclərdən ibarət heyətin bu işini yüksək qiymətləndirib. Daha sonra  film  qonaqlara təqdim olunub. Cüdo yığmamızın sabiq üzvü, qadınlardan ibarət milli komandanın  məşqçisi Kifayət Qasımova haqqında çəkilən ekran işinin ana xəttini onun hələ uşaq ikən məcburi köçkün həyatı yaşamasına baxmayaraq,  göstərdiyi əzmkarlıq və Azərbaycan cüdosunun parlaq simasına çevrilməsi təşkil edir. 
Qeyd edək ki, filmin çəkilişi 10 məkanda və müasir kinematoqrafiya standartlarına uyğun aparılıb.  Ekran işi   Beynəlxalq Cüdo Federasiyasına və İdman filmləri üzrə beynəlxalq müsabiqəyə göndəriləcək. 

CANLI YAYIM