Gənc güləşçilərimiz Avropa birinciliyinə hazırlaşır

5 May, 11:10 Sosial mediada paylaşın:
20 yaşadək güləşçilərdən ibarət yığmalarımız iyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq Avropa birinciliyinə hazırlaşır. 
Bu məqsədlə komandalarımız Türkiyədə təlim məşq toplanışına cəlb olunub.   İki həftəlik toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılıb. Yunan-Roma güləşçilərimiz böyük məşqçi Nurəddin Rəcəbovun altında Boluda hazırlıq keçir.Hazırlıq priossesinə 15 güləşçi qatılıb.  Sərbəst güləşçilərimiz isə Avropa birinciliyinə İstanbulda hazırlaşır. Təlim məşq toplanışına  yığmanın  böyük məşqçi Cəbrayıl Həsənov rəhbərlik edir.  Komandanın heyətində 13 idmançı məşq edir. Qadın güləşçilərimiz böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi ilə Niğdə şəhərində türkiyəli həmkarlarıyla birgə toplanışdadır. Hazırlıq proseesində 9 qadın güləşçimiz iştirak edir.
Qeyd edək ki, komandalarımız  mayın 13-dən 15-dək Antalyada keçiriləcək “Çempionlar” turnirində çıxış etdikdən sonra Vətənə qayıdacaq.

CANLI YAYIM