"Barselona" "Dördlər finalı"na yüksəlib

4 May, 16:30 Sosial mediada paylaşın:
Avroliqada “Dördlər finalı”nın 3-cü iştirakçısı da məlum olub. Pley-offlara lider başlayan “Barselona” seriyanın 5-ci matçında “Bavariya”nı mübarizədən kənarlaşdıra bilib. Qeyd edək ki, Barselonada keçirilən həlledici qarşılaşmaya qonaqlar daha yaxşı start veriblər. İlk 2 periodda üstün olan “Bavariya”  basketbolçuları fasiləyə 6 xallıq fərqlə yollanıblar. Amma 3-cü periodda meydan sahibləri möhtəşəm dönüş ediblər. Nikola Mirotiç və Nikolas Laprovittolanın məhsuldar oyunu bu hissədə hesabı meydan sahiblərinin xeyrinə dəyişib. Son perioda 8 xallıq üstünlüklə başlayan kataloniyalılar təşəbbüsü əldən verməyiblər. Yekunda 81:72 hesabı ilə qələbə qazanan “Barsa” seriyada hesabı 3:2 edib və “Dördlər finalı”na yüksəlib.
Xatırladaq ki, mayın 19-dan 21-dək Serbiyanın paytaxtı Belqardda təşkil olunacaq dördlər finalına daha əvvəl “Real Madrid” və “Anadolu Efes” iştirak hüququ qazanmışdı. Sonuncu vəsiqənin taleyinə isə bu gün “Olimpiakos” – “Monako” oyununda aydınlıq gələcək.

CANLI YAYIM