Cüdo üzrə Avropa çempionatında daha bir idmançımız fərqlənib

2 May, 08:00 Sosial mediada paylaşın:
Bolqarıstanın Sofiya şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıb.
İdmançımız üçüncü yer uğrunda macarıstanlı idmançı Krisztiyan Toflanı məğlub edib.
Qeyd edək ki, cüdoçularımız bundan əvvəl 2 medal qazanıblar. Belə ki, Hidayət Heydərov qızıl, Rüstəm Orucov isə bürünc medala layiq görülüb. Hazırda komandamızın aktivində 3 (1 qızıl, 2 bürünc) medal var.
Xatırladaq ki, Azərbaycan Avropa çempionatında ümumilikdə 11 cüdoçu ilə təmsil olunur.
Turnirdə 40 ölkədən 300-dən çox idmançı iştirak edir.

CANLI YAYIM