Hidayət Heydərov Avropa çempionu olub, Rüstəm Orucov bürünc medal qazanıb

1 May, 10:00 Sosial mediada paylaşın:
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı Covanni Espozitonu (İtaliya) sınağa çəkib.
Qızıl xal bölümündə qalib gələn Heydərov ikiqat Avropa çempionu olub.
Rüstəm Orucov isə bürünc medal görüşünə çıxıb.
73 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı Adrian Sulka (Rumıniya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Orucov Avropa üçüncüsü olub.
Bu, Azərbaycanın hazırkı qitə birinciliyində ilk medalı olub.

CANLI YAYIM