Cüdoçularımız beynəlxalq yarışlarda uğurla çıxış ediblər

25 Aprel, 13:10 Sosial mediada paylaşın:
Cüdo millimiz Xorvatiyanın Dubrovnik şəhərində başa çatan Avropa Kubokunda uğurla çıxış edib.  25 ölkədən 257 idmançının qatıldığı turnirdə 10 cüdoçu ilə təmsil olunan yığmamız 4 qızıl və 1 bürünc medal qazanıb. Komandamızın heyətində  İsmayıl İbrahimov 66 kq, Nəriman Mirzəyev 73 kq, Zelim Tçkayev 81 kq və İmran Yusifov ən ağır çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsində qalxıb. 60 kqda  qüvvəsini sınayan Nazir Talıbov isə bürünc medala sahib çıxıb. Bununla da millimiz medal əyarına görə, komanda hesabında birinci yeri tutub.
Yeniyetmə idmançılarımız isə Fransadakı analoji turnirdə yüksək nəticələr əldə ediblər. Strasburq şəhərində  keçirilən yeniyetmələrin Avropa kuboku turnirində komandamız 18 idmançı ilə təmsil olunub. Onlardan 1-i qızıl, 3-ü gümüş və 5-i bürünc mükafata sahib olublar. 60 kiloqram çəki dərəcəsində yarışan Nizami İmranov bütün rəqiblərinə qalib gəlib. Məhəmməd Musayev , Nicat Nağıyev  və  Əli Hacızadə gümüş medalla kifayətlənib.  Xaliq Məmmədov, Məhəmməd Məmişov,  Şahin Oruczadə, Əbil Yusubov və Nahid Tarquliyev bürünc medal əldə edib Komandamız yarışı ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yerdə tamamlayıb.

CANLI YAYIM