Azərbaycan boksçusu Avropa birinciliyinin qalibi olub

22 Aprel, 11:05 Sosial mediada paylaşın:
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənc boksçular arasında Avropa birinciliyində idmançımız Kənan Babayev qızıl medal qazanıb.
48 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz çempionluq uğrunda mübarizədə əvvəlcə türkiyəli Telet Yağlı, gürcüstanlı Oruc Əhmədov və irlandiyalı Tedi Coysu məğlub edərək finala yüksəlib. O, həlledici mərhələdə polşalı Nikolas Marsel Pavlik ilə qarşılaşıb. Uğurlu seriyasını davam etdirən K.Babayev bu dueldən də qalib ayrılıb – 5:0. Bununla da Kənan Babayev Avropa çempionu tituluna yiyələnib.
Beləliklə, Azərbaycan yığması 40 ölkədən 400-dən çox boksçunun qatıldığı Avropa birinciliyində çıxışını 1 qızıl və 1 bürünc medalla başa vurub. Bürünc medalı komandamızın aktivinə Amin Məmmədzadə (51 kq) yazdırıb.

CANLI YAYIM