Boksçumuz bürünc medal əldə etdi, digər idmançımız finalda!

21 Aprel, 11:20 Sosial mediada paylaşın:
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçuların Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib. 51 kq çəkidə çıxış edən idmançımız Amin Məmmədzadə irlandiya və ermənistan təmsilçilərini mübarizədən kənarlaşdırandan sonra yarımfinalda gürcüstan boksçusu ilə üz-üzə gəlib. Təəssüf ki, Məmmədzadə uduzaraq bürünc medalla kifayətlənib.
48 kq-da mübarizə aparan Kənan Babayev isə Türkiyə, Gürcüstan və İrlandiya atletlərinə gücünü göstərərək finala çıxıb. Babayev qızıl medal uğrunda döyüşdə polşalı idmançı ilə üz-üzə gələcək.   Qeyd edək ki,  Azərbaycan yığması 3 illik fasilədən sonra gənc boksçuların Avropa birinciliyində həlledici görüşdə təmsil olunacaq. 

CANLI YAYIM