“Murov” klubu Azərbaycan Yüksək Liqasında çempionluğunu rəsmiləşdirib

19 Aprel, 12:45 Sosial mediada paylaşın:
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçirilib.
Turun hər iki qarşılaşması “Murov” voleybol klubunun idman zalında təşkil olunub.
Günün ilk qarşılaşmasında "Murov" "Sərhədçi"yə 3:0 (25:12, 25:8, 25:15) hesabı ilə qalib gəlib. Bu nəticədən sonra xallarını 41-ə çatdıran “Murov” sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. "Sərhədçi" isə 6 xalla 4-cü pillədə qərarlaşıb.
Turun sonuncu matçında "Neftçi" "Ekspress"i eyni hesabla üstələyib - 3:0 (25:15, 25:14, 25:23). “Neftçi” bu qələbə sayəsində xallarını 36-ya çatdırıb və gümüş medalları təmin edib. Altı xalı olan "Ekspress" isə son pillədə yer alıb.

CANLI YAYIM