Yeniyetmə güləşçilərin Azərbaycan birinciliyi "İdman TV"də!

19 Aprel, 12:30 Sosial mediada paylaşın:
Bu gün  17 yaşadək güləşçilərin Azərbaycan birinciliyi başlanır.
Qeyd etmək lazımdır ki, müvafiq yaş qrupunda turnir 3 ildir keçirilmirdi.  Beynəlxalq və milli dərəcəli hakimlərimizin idarə edəcəyi yarışın medalçıları 17 yaşadək pəhləvanlardan ibarət  seçməmizin heyətinə cəlb olunacaq. Ölkə birinciliyi “İdman TV”də canlı göstəriləcək.

CANLI YAYIM