Avroliqada xaos hökm sürür

15 Aprel, 17:28 Sosial mediada paylaşın:
Rusiya klublarının Avroliqa yarışından kənarlaşdırılmasından sonra liqanın reytinqi aşağı düşüb.
Onsuzda son vaxtlar maliyyə problemləri yaşayan Avropanın ən nüfuzlu klub turniri maddi məsələlərdə daha da ciddi problemlərlə üzləşib. Mətbuata açıqlama verən Litvanın “Jalgiris” klubunun baş meneceri Paulyus Moteyunas vəziyyətin həqiqətən də ürəkaçan olmadığını etiraf edib. O, indiki məqamda liqada xaos sürdüyünü və hələ də vəziyyətdən çıxış yolu tapılmadığını söyləyib. Litvalı funksioner Avroliqanın prezidenti Jordi Bartomeunun konkret qərar verməkdə çətinlik çəkdiyini də bildirib. Onun sözlərinə görə klublar daha əvvəlki kimi liqa rəhbərliyi ilə təmas qura bilmir. Moteyunas indiki məqamda Rusiya klublarının Avroliqaya qayıdışının da mümkünsüz olduğunu söyləyib. Yeri gəlmişkən, belə bir məqamda nüfuzunu itirən Avroliqanın müqabilində daha bir alternativ liqanın yaradılacağı ilə bağlı söhbətlər də dolaşır. Rusiyanın təşkilatçılığı ilə bu ölkənin klubları ilə yanaşı, Serbiya, Türkiyə, Yunanıstan, Macarıstan və Bolqarıstan klublarının yeni liqada çıxış edəcəyi gözlənilir. Amma “Jalgiris”in baş meneceri bu layihənin reallaşacağının inandırıcı olmadığını söyləyib.

CANLI YAYIM