Boksçularımız Avropa birinciliyinə qələbə ilə başladılar

15 Aprel, 11:00 Sosial mediada paylaşın:
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatı başanıb.
Yarışın ilk günü komnadamız üçün uğrulu olub. Komandamızın heyətində ilk olaraq mübarizəyə Daniel Xolostenko qoşulub. 71 kq çəki dərəcəsində qüvvəsini sınayan ölkə çempionu moldovalı Andrey Osiyevsçi ilə üz-üzə gəlib. 1/16 final mərhələsində keçirilən qarşılaşma boksçumuzun qələbəsi ilə yekunlaşıb. O, rəqibini vaxtından əvvəl tam üstünlüklə məğlub edib. Təmsilçimiz 1/8 final mərhələsində macarıstanlı Levent Qemeslə qarşılaşacaq. Görüş aprelin 17-ə təyin olunub. Millinin digər üzvü Səid Abdullayev də qalib gəlib. 67 kq-da qüvvəsini sınayan idmançımız italiyalı Samuel Quqliotta ilə gərgin döyüşdən üstün ayrılıb. O, 3:2 hesabı ilə qələbə qazanaraq, 1/8 finala adlayıb. Abdullayev bu mərhələdə türkiyəli Kaan Bilge ilə üz-üzə gələcək. Bu qarşılaçma aprelin 16-da olacaq. Qeyd edək ki, Azərbaycan yığması Avropa birinciliyində oğlanların yarışında tam heyətlə təmsil olunur

CANLI YAYIM